Ümumən baxsaq testin aparılmasının iki ana üsulunun olduğunu və bu üsullar daxilində də bir çox növlərinin olduğunu deyə bilərik. Üsullara bölünmə zamanı manual testing (əl ilə test ) və automated testing (avtomatlaşdırılmış test) adlanan iki bölüm vardır. Automated testing test ssenarilərinin alətlərin, skriptlərin və proqram təminatının köməyi ilə həyata keçirilməsini reallaşdıran bir bölümdür. Manual testing isə test ssenarilərini avtomatlaşdırılmış bir alət istifadə etmədən, əl ilə icra etməkdir. Manual testing zamanı bütün testlər əl ilə aparıldıqı kimi, xətalar haqqında hesabat (bug report) da adətən əl ilə qeyd edilir. Daha sonra bug report və manual testlər haqqında daha ətraflı məlumat verəcəm.